24 baxış
Bu yazını paylaşın
Dünya

NASA kosmik rəsədxananı orbitə çıxarmaq üçün “SpaceX” kompaniyasını seçib.

20 İyul 2022

ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) 2026-cı ilin oktyabrında “The Nancy Grace Roman Space Telescope” rəsədxanasını Yer orbitinə çıxarmaq üçün “SpaceX” kompaniyası ilə müqavilə imzalayıb. Bu barədə məlumat NASA-nın saytında yerləşdirilib.

 TELEJURNAL. az AZƏRTAC-a istinadən  xəbər verir ki, müqaviləyə əsasən, şirkətə ümumilikdə 255 milyon dollar ayrılacaq. Buraya buraxılış üçün ödəniş və missiya ilə bağlı digər xərclər də daxildir. Teleskopun 2026-cı ilin oktyabr ayında Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzindəki 39A start kompleksindən “Falcon Heavy” daşıyıcı raketi vasitəsilə orbitə çıxarılması planlaşdırılır.

Kosmik teleskopun əsas məqsədi qaranlıq enerjinin və qaranlıq materiyanın tədqiqi, ekzoplanetlərin axtarışı və çəkilişi, həmçinin infraqırmızı astrofizikaya dair bir çox digər hadisələrin tədqiq edilməsidir.

Rəsədxanada quraşdırılacaq diametri 2,4 metr olan güzgü ölçüsünə görə “Hubble” teleskopunun güzgüsünə bərabər olsa da, baxış bucağına görə onu 100 dəfə üstələyəcək. O, milyardlarla qalaktikadan gələn işığı ölçən geniş sahəli kamera ilə təchiz olunacaq. Astronomlar onun köməyi ilə Süd Yolu qalaktikasında 2 600-ə yaxın ekzoplanet tapmağı proqnozlaşdırırlar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…