329 baxış
Bu yazını paylaşın
İctimai

Namiq Abdullayev: “İslam oyunlarında əldə olunan nəticələr bizi qane edir”

16 Avqust 2022

“V İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçilərin əldə etikləri nəticələr bizi qane edir”.

“TELEJURNAL.AZ”ın məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Namiq Abdullayev deyib.

“V İslam Həmrəyliyi Oyunlarına Azərbaycan Güləş Federasiyası, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi tərəfindən hər bir şərait yaradılmışdı.

Bununla yanaşı həm güləş üzrə dünya çempionatına, həm də İslam Həmrəyliyi Oyunlarına hazırlıq gedirdi. Çünki 1 ay sonra bizi dünya çempionatı gözləyir. Buna görə də təlim-məşq toplantılarımızı həm İslam Həmrəyliyi Oyunlarına, həm də dünya çempionatı ilə bağlı aparırdıq”, – baş məşqçi qeyd edib.

“Yarışlara gəlincə, nəticələr qane edir. Amma bundan da yaxşı ola, digər idmançılarımız yaxşı çıxış edə bilərdi.

On çəkidə 8 medal əldə olunması həm federasiya, həm nazirlik, həm də Milli Olimpiya Komitəsi tərəfindən bəyənilir”, – Namiq Abdullayev vurğulayıb.

Baş məşqçi qarşıdakı planlardan danışıb.

“Bizi qarşıda güləş üzrə dünya çempionatı gözləyir. Çalışacağıq ki, İslam Həmrəyliyi Oyunlarındakı səhvləri aradan qaldıraq və dünya çempionatında daha yaxşı iştirak edək”, – N.Abdullayev əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…