96 baxış
Bu yazını paylaşın
Maraqlı

Muzeylərdə “açıq qapı” GÜNÜ

17 May 2023

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmişdir və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

Bu barədə Telejurnal-a  Mədəniyyət Naziriyindən bildirilib.

Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər, Dayanıqlılıq və Rifah” mövzusuna həsr olunub.

 

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” günü elan olunur. Beləliklə, vətəndaşlar və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…