93 baxış
Bu yazını paylaşın
Maraqlı

Azərbaycan Milli İncəsənət muzeyindən-araşdırma

23 May 2023

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu bayram hər il müxtəlif deviz altında keçirilir. Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.

Telejurnal.az muzeylə bağlı araşdırmanı təqdim edir.

Açıq qapı günü muzeylərə giriş pulsuz olur, buna görə də xeyli sıxlıq müşahidə olunur. Hal – hazırda da sıxlıq çoxdur və hər kəs muzeyə daxil olmaq üçün toplaşıb.Muzeyə daxil olan zaman bizi geniş zal qarşılayır.Muzeydə 9 zal mövcuddur.

Zallara nəzər yetirək:

1.Türkiyə incəsənəti və İran incəsənəti

2.Çin incəsənəti

3.Rus avanqardı

4.İtaliya incəsənəti

5.Hollandiya incəsənəti

6.Qədim Dünya incəsənəti,Yunanıstan mədəniyyəti

1.Türkiyə incəsənəti və İran incəsənəti

Türk rəssamlığı, qərb mədəniyyətindən ilham alaraq   XIX əsrin  ortalarından başlayaraq fəal inkişaf etmişdir. İlk rəssamlıq dərsləri 1793-cü ildə İstanbul Texniki Universitetində   keçirilirdi. XIX əsrin  sonlarında, Osmanlı Hamdi Bəy  türk rəssamlığına ilk  portreti gətirən şəxslərdən olmuşdur. Müasir tendensiyalar arasında impressionizm cərəyanından ən çox təsirlənən rəssamlardan biri də Xəlil Paşa olmuşdur.Türk rəssamlığında digər vacib cərəyanlar 1930-cu illərin sonlarında “Yenilər qrupu”, 1940-cı illərdə “Onlar qrupu”, 1950-ci illərdə “Yeni Dal qrupu” və 1960-cı illərin “Qara qələm qrupları” olmuşdur.

Xalçaçılıq İslam  dini yayılmamışdan əvvəl də ənənəvi bir sənət olmuşdur.Uzun illər boyunca davam edən toxunulmuş xalçaçılıq sənətkarlığı müxtəlif mədəni ənənələri özündə cəmləşdirmişdir.Türk xalçalarında Bizans   üslublarının izləri aşkar edilmişdir. Orta Asiyadan köç edən türk xalqları,Qafqaz  tayfaları Anadoluya köçərkən öz xalçaçılıq mədəniyyətlərinin Anadolu mədəniyyətləri ilə qarışmasına səbəb olmuşdur.Daha sonradan, İslam dinin yayılması və İslam sənətinin inkişafı türk xalça dizaynına da təsir etmişdir. Türk dilində ebru  adlandırılan türk kağız sənətinin ən qədim nümunəsinin şair Arifinin “Halnamə” əsərinə aid olduğu bildirilir.

     

2.Çin incəsənəti
Çin rəsm sənəti 3000 ildir öz mədəniyyət və fəlsəfəsi ilə yoğrulmuş Kalliqrafiya (Xəttatlıq) və Poeziya ilə bütünləşmiş bir incəsənət növüdür. Çin rəssamlığını anlaya bilmək üçün bəzi sənətlərlə əlaqədar bilgi sahibi olmalıyıq.Çin rəssamlığını Qərb rəssamlığından ayıran ən böyük xüsusiyyət rəsmin rəssamın düşüncəsi və təxəyyülü ilə təsvir edilməsidir. Qərbli bir rəssam bir mənzərə gördüyü zaman onu necə görürsə, elə də rəsm edir. Çinli sənətkar isə gördüyü mənzərədə gəzişərək, zehnində quraşdırdığı yerlərdə duraraq izləyənə fərqli bir baxış prizması təqdim edir. Dövrümüzün kamerasından elə də fərqi yoxdur. Durduğu yerlərdə də gördüyü mənzərə qarşısında keçirdiyi hissləri kiçik bir şeir, ya da atalar sözünü kalliqrafiya sənətini istifadə edərək rəsminə əlavə edirlər. Bu rəsmlərdə adətən sizi xəyali bir səyahətə getməyinizi təmin edəcək bir giriş olur. Bəzən bu giriş kiçik bir cığırla olurdağlar və su gölməçələrinin yanından keçir və sizi yönləndirir. Buna görə də, uzunluğu bir neçə metrə qədər uzanan və rulonlar formasında olan Çin rəsmləri vardır. Bu rəsmlər xüsusi kağız və ya ipək üzərində xüsusi fırçalar və Çin mürəkkəbi ilə çəkilirdi.

E.ə. 3-cü yüzillikdə Xan sülaləsi dövründə ziyalılar tərəfindən inkişaf etdirilən kalliqrafiya bu tarixdən sonra rəssamlıqda istifadə edilməyə başlanmış və 7-ci yüzillikdə isə şair Wan Wei (Van Vei) ilə bəzən rəssamlıqdan belə daha çox önə çəkilmişdir. Kalliqrafiya Sonq sülaləsi dövründə (10-13-cü əsrlərdə) ən parlaq dövrünü yaşamışdır. Amma əsrlər ərzində eyni mövzuların bezmədən sənətkarlar tərəfindən təkrarlanmasına köhnə ustaların mirasına hörmət və mifik mədəniyyətə bağlılıq olaraq da şərh verə bilərik. Bu dövr ərzində Çin rəssamlığına insan fiquru, quş və bitki motivləri də mənzərəyə əlavə olumuşdur.

Çin mifologiyasında zamanın müdrikləri gələcək nəsillərə, insan üzərindən təbiətə diqqət yetirmələrini və baxış prizmalarını genişlətmələrini tövsiyə etmişlər. Böyük dağlar və uzun çaylar qərbdən şərqə Sakit okeana qədər bəşəriyyət tarixinin beşiyidir. “Beş dağ və dörd çay” olaraq xülasələşdirilən bu torpaqlar da Tanrıya çatmağın yolu olan yüksək dağlardan keçir.

 

3.Rus avanqardı

Rus kübar təsviri sənətinin inkişaf tarixi XVII əsrdən başlanır. Orta əsrlər dövründən yeni dövr incəsənətinə keçid kimi xarakterizə olunan bu dövr Avropalaşma prossesini sürətləndirdi. XVII əsrin axırlarında rus rəssamları tərəfindən çoxlu sayda portretlər yaradılırdı. Belə portretlərdə ayrı-ayrı şəxslərin (person-şəxs) surəti çəkildiyindən bunlara “parsun” deyirdilər. Rus rəngkarlığında portret janrının inkişafında parsuna sənətinin böyük əhəmiyyəti olmuşdur.

Rusiyanı müasir Avropa   ölkəsinə çevirməyə çalışan I Pyotr ın islahatları rus mədəniyyətinin inkişafına təkan verdi. Mədəniyyətdə və incəsənətdə açıq-aydın sürətdə kübar xüsusiyyətlər meydana gəlirdi. 1757-ci ildə Peterburq da tezliklə Avropanın qabaqcıl təhsil müəssisələrindən birinə çevrilən Akademiya yaradıldı.

Çox qısa bir zaman axarında rus rəssamları təsviri incəsənətdə ənənəvi təsvir üsulları və ifadə vasitələrindən imtina etdilər. Xətti və hava prespektivasını, məkan dərinliyi, həcmin ötürülmsini mənimsədilər. İnsan bədənin dəqiq təsvirini yaratmaq üçün rəsamlar anatomiyanı öyrənirdilər. Bu dövrdə yağlı boya texnikası geniş yayılmağa başladı. Rus rəngkarlığında yeni janrlar meydana gəldi. Avropa incəsənətinin üslub və istiqamətlərinin xarakterik xüsusiyyətləri rus sənətkarları tərəfindən mənimsənilərək özününküləşdirildi.

Bu dövrdə yeni janrlar yaranır. XVIII- yüz illiyi “portret əsri” adlandırırdılar. XVII əsrin sonu -XVIII əsrin əvvəli portretlərində ikona sənətinə xas əlamətlər və realistik motivlər nəzərə çarpır. Bu dövrədə ikona yaradan sənətkarlar artıq insanın daxili aləminə, onun emosiyalarına diqqət verməyə başlayırlar. Porterin müxtəlif növləri: avtroportret, qrup portretləri, təntənəli portretlər meydana gəlir. XVIII əsrdə rus imperator sarayına çoxlu sayda xarici rəssam dəvət olunudu. Onlar rus incəsənətinə Avropa zövgünü bəxş etdilər.

XVIII əsr Rus incəsənəti portreti üç istiqamətdə inkişaf edirdi.

  • Yerli rəssamlıq məktəbləri (yerli rəssamların yaratdıqların yaradıcılığı – İ.Nikitin, İ. Vişnyakov,A. Matveeyev, F.Roktov,V. Borovikovskiy )
  • Orta əsrlər ənənələri əsasında yaradılan parsuna- İkonanı xatırlandan portretlər (S.Uşakov, K.Zolotaryev, İ. Refusiçkiy)
  • Rusiya ərazisində əcnəbi rəssamların yaradıcılığı- rossika

Barokko,rokoko,klassizm üslublarında,sentimentalizm və romantizm  cərəyanlarında tablolar yaradırdılar.

XVIII-XIX əsrlərin qovşağında rus rəngkarlığı və ədəbiyyatında yeni bədii cərəyan-sentimentalizm formalaşdı. Təbii rəftar və hisslərin tərənnümü, insanın daxili həyəcanın verilməsinə maraq nəzərə çarpır.

Yeni dövr Rusiya incəsənətində imperator I Pavelin qətlə yetirilməsi ilə başlayır. Lakin ziyalı monarx I Aleksandrla liberalizmə ümid özünü doğrultmadı. 1812-ci ildə Vətən müharibəsində Napaleon qəsbkarçılarına qarşı qalibiyyət əldə etmiş vətənə qarşı qürur , vətənpərvərlik duyğusu ümumi maarifləndirmənin formalaşdırılmasını tezləşdirdi. Lakin 1852-ci ilin dekabırında rus zadəganlarının mütləqiyyətə qarşı üsyanı yatırıldı. I Nikolay  provaslav, mütləqiyyət, xəlqilik haqqında doktrinanı təsdiqlədi. Ancaq onun sələfi II Aleksandrın 1861-ci ilin 19 fevral tarixində təhkimçilik hüququnun ləğv edilməsi ilə bağlı fərman imzalaması ilə imperiyanın bütün hüdudlarında yaşayan milyonlarla kəndli azad edildi. Rusiya kapitalzm yoluna atıldı.

XIX əsrin əvvəllərində rus mədəniyyətinin bütün sahələrində mütərəqqi ideyaların təsviri özünü göstərirdi. Bu zamandan rus ədəniyyatı və incəsənətində vətənpərlik, xəlqilik hissləri kök salmağa başlayır. İctimai həyatın irəli sürdüyü tələblər nəticəsində, rəssamlarda keçən əsrdə inkişaf tapmış portret və tarixi janrlarla yanaşı, xalq məişətini təsvir edən məzmunlu əsrlər və rus təbiətinin təsvirini verən mənzərələr geniş şəkildə inkişaf edir. 1812-ci il il Vətən müharibəsindən sonra, rus incəsənətində xalq həyatından götürülmüş mövzulara, xüsusənkənd məişətinin təsvirinə daha çox meyl müşahidə edilir.

1860-cı illərdə, rus incəsənətində demokratik ideyalar daha da qüvvətlənmişdi. İmperator akademiyasının rus incəsənətinin inkişafını buxovlayan məhdud qanunlara qarşı mübarizəyə qoşulan gənc rəssamlar, köhnə qaydalara itaət etməkdən boyun qaçırırdılar. 1863-cü ildə akademiyada baş verən hadisə rus incəsənətinin gələcək inkişafı üçün geniş yol açmış oldu. Akademiyada təhsilini bitirmək üzrə olan bir qrup rəssam, diplom işində rus xalqının tarixi keçmişi və müasir həyatı ilə heç bir əlaqəsi olmayan Skandinaviya əfsanələrinin təsvirini yaratmaqdan imtina etdilər. Akademiyanın rəhbərliyi gənc rəssamların tələbi ilə hesablaşmadığı üçün onlar akademiyanı tərk etdilər. Kramskoyun rəhbərlik etdiyi bu qrup özünü adlandırırdı. “Səyyar rəssamlar cəmiyyəti” qarşısında xalq kütlərərinin estetik tərbiyəsi və ncəsənətin təbliği kimi xeyirxah məqsədlər qoyulmuşdu.

 

5.İtaliya incəsənəti

Muzeyin əsərləri saxlanılan italyan rəssamları arasında Leandro BassanoFrançesko SolimenaQverçinoBernardino LuiniAndrea del Sarto və başqalarının adını çəkmək olar. Muzeydə Bernardino Luininin fırçasına məxsus “Müqəddəs Yekaterina”, Bassanonun “Qoca qadının portreti”, Bartolomeo Şerdoninin “Vəftizçi İohann”, Qverçinonun “Yatmış Endimon”, “Madonna körpə ilə”, Andrea del Sartonun “Madonna harpiyalarla” və “Madonna körpə ilə”, Sebastiano Brunettinin “Vakxanaliya” əsərlərini görmək mümkündür. Həmçinin muzeyin ekspozisiyasında naməlum italyan rəssamına məxsus “Məryəmin Yelezaveta ilə görüşü” və Kanalettonun dairəsindən olan naməlum italyan rəssamının “Venesiya mənzərəsi” əsəri də vardır.

 

7.Hollandiya incəsənəti

Azərbaycan Milli İncəsənət Muzeyində müxtəlif dövrlərdə yaşamış holland sənətkarlarının əsərləri bir zalda nümayiş etdirilir. Muzeyin kolleksiyasında Frans Hals (“Kişi portreti”), Mixil van Mirevelt  (“Hersoq Vallenştaynın portreti”), Piter Klas (“Natrümot”), Klas Molenaerın (“Evlərlə mənzərə”) əsərləri saxlanılır. Bunlarla yanaşı muzeydə naməlum holland (“Liman”, “Güzgü qarşısında iki qadın”, “Monastır əczaxanası” və s.) rəssamlarının da çoxlu sayda əsərlərini sərgilənir.

 

 

 Nərminə Eyyubova

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…