17 baxış
Bu yazını paylaşın
Siyasi

Muxtar Nağıyev: Ötən dörd il xalqın sözü imzası qədər dəyərli olan Liderə səs verməkdə yanılmadığını göstərdi 14.04.2022 [12:13]

14 Aprel 2022

Bu, aksiomdur ki, tarix şəxsiyyətlər yetişdirir. İsbata ehtiyacı olmayan digər həqiqət isə ondan ibarətdir ki, şəxsiyyətlər də tarix yaradır. Bu gün tarixin, dövlətin və millətin xilaskarlıq missiyasını yerinə yetirən ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, sözü imzası qədər dəyərli olan qalib sərkərdə, Prezident İlham Əliyev son 18 ildə müstəqil Azərbaycanı davamlı və dinamik inkişaf yolunda irəliyə aparır. Həmçinin zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. “TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki,bu fikirləri Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev söyləyib.
M.Nağıyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 18 il ərzində özünün milli dövlət quruculuğunun və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – deyən Prezident İlham Əliyevin 18 il əvvəl söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri real məzmun kəsb etməyə başladı. Bu mərhələnin əsası 2003-cü il oktyabrın15-də keçirilən prezident seçkilərində İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq dövlət rəhbəri seçilməsi ilə qoyuldu. Ölkəmizə rəhbərliyinin ilk beş ili ərzində Prezident İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərciyinin belə qalmaması, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olması, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görülməsi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunması, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramlarının hazırlanması, sahibkarlığa dövlət qayğısının artırılması, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunması və sair daxil idi. Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpan nailiyyətlər əldə olundu.
Dövlətimizin başçısı hələ 18 il əvvəl bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə regionların inkişafına prioritet məsələ kimi baxacaq. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı mühüm addımlar onun sözü ilə əməlinin eyni olduğunu növbəti dəfə təsdiqlədi. Artıq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı sayca 4-cü Dövlət Proqramının icrasına başlanılıb. Dövlətimizin başçısı İlham Əliyev 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində yenidən seçicilərin böyük dəstəyini, etimadını qazanaraq növbəti dəfə prezident seçildi.
Seçkilərdən sonra qısa müddət ərzində Azərbaycan vətəndaşlarının sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində önəmli addımlar atıldı, əməkhaqları, müavinətlər, pensiyalar artırıldı. Birinci Qarabağ savaşında qəhrəmancasına həlak olmuş şəhidlərimizin ailələrinə birdəfəlik sosial sığorta ödəmələri başa çatdırıldı və illərlə davam etmiş narazılığa son qoyuldu. Ən mühüm addımlardan biri olan və cəmiyyətimizin böyük üzüntüsünə çevrilmiş problemli kreditlərlə bağlı bir məsələyə son qoyuldu. 2020-ci ilin əvvəlindən bəri bütün dünyanı cənginə almış koronavirus bəlası özünün dağıdıcı maddi və mənəvi itkiləri ilə hər kəsə – iri şirkətlərə, hətta qüdrətli dövlətlərə böyük zərbə vurdu, ağır itkilərə səbəb oldu. Dünyanın inkişaf etmiş dövlətləri belə koronavirus pandemiyası qarşısında aciz durumda qaldığı bir zamanda Prezident İlham Əliyevin müdrik, uzaqgörən rəhbərliyi, düşünülmüş siyasəti nəticəsində ölkəmiz, xalqımız bu bəladan az itkilərlə qurtulmağı bacardı. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla, bir sıra beynəlxalq qurumlara, o cümlədən onlarla ölkəyə bu bəladan qurtulmaq üçün təmənnasız yardımlar etdi, maliyyə dəstəyi göstərdi. Son 4 ilin ən böyük və tarixi hadisəsi isə 2020-ci ilin sonunda baş verən Vətən müharibəsi oldu. Prezident seçkiləri zamanı Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün var gücü ilə çalışacağını deyən dövlətimizin başçısı öz üzərinə götürdüyü tarixi missiyanı 44 günlük müharibə ilə uğurla başa çatdırdı. Ali Baş Komandan fəaliyyəti dövründə erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Prezidentin məşhur və dillərdə əzbərə çevrilmiş “Qarabağ Azərbaycandır və nida” fikri 2020-ci ildə öz məntiqi sonluğuna çatdı. Bununla da torpaqlarımızın Ermənistan tərəfindən işğalına son qoyuldu.
“Prezident İlham Əliyev seçkilər zamanı və sonrakı mərhələdə xalqa verdiyi sözü reallaşdırdı, 44 gün ərzində Ermənistana və onun havadarlarına layiqli cavab verdi. Vətən müharibəsində erməni ordusuna sarsıdıcı zərbə vuruldu, darmadağın olan işğalçılar tarixi torpaqlarımızdan qaçmağa məcbur edildi. Noyabrın 10-da kapitulyasiya aktına imza atan Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qələbəsini qəbul etdi.
Artıq işğaldan azad olunmuş torpaqlarımızda böyük quruculuq, abadlıq işləri görülür. Qarşıya çıxan hər bir çətinliyi arxada qoymaqla biz Böyük Qayıdışı hər gün daha da yaxınlaşdırırıq. Tezliklə bərpa işləri sona çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Azərbaycanın həyatında yeni inkişaf mərhələsi başlayacaq. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrdə də yeni uğurlara imza atacaq”, – deyə YAP Səbail rayon təşkilatının sədri bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…