81 baxış
Bu yazını paylaşın
İctimai

Müstəqillik Günü “İrəli” gəncləri tərəfindən silsilə tədbirlərlə qeyd olunub

31 May 2022

“İrəli” İctimai Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümünü silsilə tədbirlərlə qeyd edib.

Birliyin Mətbuat xidmətindən TELEJURNALA-a verilən məlumata görə, tədbirlər çərçivəsində iştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan Gəncə şəhərinə səfər edərək Şəhidlər xiyabanı və Gəncə Şəhər Memorial Kompleksini ziyarət ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına təsiri, cümhuriyyətin qurulmasında tarixin hansı keşməkeşli yollarından keçildiyini gənclərimizə aşılamaq məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti parlament binası və AXC muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı iştirakçılar muzeyin eksponatları və parlament binasının tarixi haqqında yeni məlumatlar əldə ediblər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş vermiş hadisələri dərindən öyrənmək məqsədi ilə səfər çərçivəsində “Müstəqillik Günü: Müasir Azərbaycanın təşəkkülü” adlı elmi mühazirə keçirilib. Gənc tarixçi Taleh Mirzəyevin moderatorluğu ilə keçirilən mühazirədə AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi geniş təqdimatla çıxış edib. Qeyd olunub ki, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunların milli müstəqilliyin möhkəmlənməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında böyük rolu olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbə nəticəsində Cümhuriyyət dövründə tamamlanması mümkün olmayan işlərin yekunlaşdırıldığı, Azərbaycan gənclərinin qalib xalqın nümayəndələri olaraq onlara miras qoyulan ənənələri qürurla davam etdirəcəkləri mühazirənin gedişində xüsusilə vurğulanıb. Mühazirənin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirlər çərçivəsində Gəncə şəhərində 100-dən çox gəncin iştirakı ilə “Nə? Harada? Nə zaman?” intellektual turniri keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümünə həsr olunmuş turnirdə iştirakçılar birincilik uğrunda mübarizə aparıblar. Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd gənclərimizin AXC dövrü ilə bağlı məlumatlılığını, o cümlədən intellektual bilik və bacarıqlarının artırılmasına nail olmaq olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…