285 baxış
Bu yazını paylaşın
İctimai

Müşfiq Ələsgərli: “Sosial şəbəkələrin tənzimlənməsi üçün tədbirlər görülməlidir”

10 Avqust 2022

“Dünyanın aparıcı dövlətləri sosial şəbəkələri tənzimləmək üçün qanunlar qəbul edirlər. Elə mövzular var ki, onların tənzimlənməsi üçün qanunlar hazırlanır”.

“TELEJURNAL.AZ”ın xəbərinə görə, bu fikirləri Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, dünyada sosial şəbəkələr güc mərkəzi kimi çıxış edirlər: “Bunun tənzimlənməsi üçün müəyyən tədbirlər görülməlidir və ayrı-ayrı dövlətlər tərəfindən bu edilir.

Məsələn, Fransada çoxsaylı məsələlər var ki, onlarla bağlı nifrət çıxışının qarşısının alınması üçün qanun hazırlanıb. Hazırda Almaniya, Polşa, Fransa və digər ölkələrdə bu cür qanunlar hazırlanıb. Sosial şəbəkəni tənzimləyə deyə bir məsələ yoxdur. Ancaq sosial şəbəkələrdə uşaqların hüquqlarının, müəllif və digər hüquqların qorunmasına zərurət var”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…