23 baxış
Bu yazını paylaşın
Siyasi

Mühəndis Qoşunlarında təlim-metodiki toplanış keçirilib

04 İyul 2022

Bakı, 4 iyul, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki, Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən mühəndis ixtisaslı zabit heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə təlim-metodiki toplanış keçirilib.

Nazirlikdən bildirilib ki, toplanışda azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, yol infrastrukturunun inkişaf etdirilməsi üzrə Mühəndis Qoşunlarında görülən işlər və bu istiqamətdə digər tapşırıqların müvəffəqiyyətlə icra olunması üçün hərbi qulluqçuların üzərinə düşən vəzifələrdən danışılıb.

Keçirilən məşğələlərin planına əsasən şəxsi heyətə silahlanmada olan müasir mina əleyhinə qoruyucu istehkam kostyumları, minaaxtaranlar, partlamayan piyada və tank əleyhinə mühəndis maneələrinin nümunələri nümayiş etdirilib. İstehkamçılara fərdi və mexaniki mina axtaran cihazlardan ibarət tədris bazaları və onlardan istifadə qaydaları izah edilib.

Təlim-metodiki toplanışların keçirilməsində əsas məqsəd zabitlərin mühəndis ixtisası üzrə praktiki vərdişlərinin daha da artırılmasıdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…