23 baxış
Bu yazını paylaşın
Dünya

Müharibədə məhv edilmiş ermənilərin valideynləri Paşinyana qarşı aksiya keçirəcəklər

21 May 2023

Ermənistan ordusunun Azərbaycanla 44 günlük müharibədə məhv edilmiş hərbçilərinin valideynləri sabah İrəvanda baş nazir Nikol Paşinyana qarşı aksiya keçirəcəklər.

Bu barədə Telejurnal yerli mətbuata istinadən xəbər verir.

Müharibədə məhv edilmiş əsgərlərdən birinin atası Ara Rostamyan saat 9:00-dan etibarən ölkə ictimaiyyətini hökumət binası qarşısında toplaşmağa çağırıb.

“Sabah saat 11:00-da hökumət binasında Nikol Paşinyanın mətbuat konfransı keçiriləcək və mən çox istərdim ki, burada çoxlu insan olsun, biz ona suallarımızı buradan verək”, – Ara Rostamyan deyib.

A.Rostamyan həmçinin onları gecələr tək qoymamağa, hökumət binası yaxınlığında toplaşaraq elan etdikləri oturaq aksiyada iştirak etməyə çağırıb.

Qeyd edək ki, 44 günlük müharibədə məhv edilmiş Jor Martirosyanın anası Qayane Akopyan bir ay müddətinə həbs edilib. Aksiyaçılar Qayane Akopyanın dərhal azad edilməsi tələbi ilə etiraz aksiyası keçirirlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…