24 baxış
Bu yazını paylaşın
Dünya

Mühafizəkarlar Britaniya parlamentinə əlavə seçkilərdə iki dairədə məğlub olublar

24 İyun 2022

Bakı, 24 iyun,TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyası ölkə parlamentinə iki seçki dairəsi üzrə keçirilən əlavə seçkilərdə məğlubiyyətə uğrayıb.

“The Guardian” qəzeti xəbər verir ki, Ueykfild dairəsində leyborist Partiyasının nümayəndəsi Saymon Laytvud mühafizəkar rəqibi Nadim Əhmədə böyük üstünlüklə qalıb gəlib (8241 səsə qarşı 13166 səs). İngiltərənin şimalında yerləşən Ueykfild ənənəvi olaraq leyboristlərin dayağı sayılır. Mühafizəkarlar 2019-cu ildə bu dairədə cüzi səs çoxluğu ilə sürpriz qələbə qazanmışdılar.

Eyni zamanda, Tiverton və Honiton dairəsində liberal-demokratlar 6 mindən çox səs fərqi ilə inamlı qələbə qazanıblar. Halbuki həmin dairə ənənəvi “Tori” bölgəsi hesab olunur.

Britaniya mediasında yayılan son məlumatlara görə, seçkilərin nəticələri açqlandıqdan sonra Mühafizəkarlar Partiyasının sədri Oliver Dauden postundan istefa verdiyini elan edib. Siyasi şərhçilər bildirirlər ki, səsvermədən sonra Baş nazir Boris Consonun da mövqeyi kəskin şəkildə zəifləyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…