20 baxış
Bu yazını paylaşın
İctimai

Müəllimlərin işə qəbulu üzrə ən çox vakant yerlərin hansı fəndən olduğu açıqlanıb

08 Sentyabr 2022

Müəllimlərin işə qəbulu üzrə ən çox vakant yerlərin hansı fənn üzrə təqdim olunduğu açıqlanıb.

“TELEJURNAL.AZ” xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, hər il təxminən 10 minə yaxın namizəd müəllimlərin işə qəbulu üzrə imtahanlara qatılmaq üçün müraciət edir: “Ancaq onların heç də hamısı test mərhələsində iştirak etmir. Bu bizim üçün də çox maraqlıdır”.

Mərkəz direktoru bildirib ki, ən çox vakant yer musiqi fənni üzrə olub: “Bu say 1 857 nəfərdir. Rayonlar üzrə vakant yer bölgüsünə gəlincə, 1 679 yer Lənkəran-Astara Regional Təhsil İdarəsində, ikinci yer Bakı Şəhəri üzrə Təhsil İdarəsində 1 117 vakant yer, ən az yerlər isə nazirliyin tabeliyində olan müəssisələrdən 63 və internatda 62 olaraq müəyyən edilib”.

Qeyd edək ki, bu il MİQ üzrə müddətsiz işə qəbul istiqamətində son 5 ildə ən yüksək sayda – 9 805 vakant yer təqdim edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…