21 baxış
Bu yazını paylaşın
İctimai

Müəllimlərin işə qəbulu müsabiqəsinin riyaziyyat fənni üzrə imtahanı yenidən keçiriləcək

22 İyul 2022

Müəllimlərin işə qəbulu müsabiqəsinin riyaziyyat fənni üzrə imtahanı yenidən keçiriləcək.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, Təhsil İnstitutu tərəfindən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin riyaziyyat fənni üzrə 14 iyul 2022-ci il tarixində keçirilmiş imtahan nəticələrinin elmi statistik təhlili başa çatıb.

Təhlil nəticələrinə əsasən qərara alınıb ki, müzakirəyə səbəb olan 3 sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə 3 sualın hər biri üzrə 2 bal olmaqla, cəmdə 6 bal hesablanır.

Əlavə olaraq, baş verənlərlə əlaqədar riyaziyyat fənni üzrə namizədlərə könüllü əsasda təkrar imtahan vermək imkanı yaradılır.

Qeyd edək ki, təkrar imtahanda iştirak etmək istəyən namizədlər nəzərə almalıdırlar ki, bu halda onların 14 iyul 2022-ci il tarixində verdiyi imtahanın nəticəsi etibarsız sayılacaq və sonuncu imtahanda əldə etdikləri nəticə əsas götürüləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…