34 baxış
Bu yazını paylaşın
Siyasi

Müdafiə Nazirliyinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verilib

05 İyul 2022

Bakı, 5 iyul, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 5-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzinin açılışında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə rəisi general-mayor Məmməd Eminov müasir avtomatik idarəetmə sistemləri ilə təchiz olunmuş mərkəzin fəaliyyəti barədə müdafiə nazirinə məruzə edib. Bildirilib ki, ən yeni texnoloji avadanlıqla təchiz edilmiş mərkəz Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyi təmin edəcək.

Qeyd olunub ki, inkişaf etmiş ölkələrin kibertəhlükəsizlik sahəsində qabaqcıl təcrübəsi nəzərə alınmaqla yaradılan mərkəzdə informasiya-kommunikasiya texnologiyaları və komanda-idarəetmə sistemlərinin davamlı izlənilməsi və idarə edilməsi, təhdidlərin vaxtında aşkarlanması, rəqəmsal araşdırmalar, elektron təhlükəsizlik yoxlamalarının aparılması və digər fəaliyyətlər icra ediləcək.

Müdafiə naziri Azərbaycan Ordusunda kibertəhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…