207 baxış
Bu yazını paylaşın
İctimai

Müdafiə Nazirliyi və “İrəli” İctimai Birliyi kitab toplama aksiyasına davam edir

13 May 2022

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “İrəli” İctimai Birliyi ilə birgə tərəfdaşlıq çərçivəsində “Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyasına davam edir.

“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən “TELEJURNAL”a bildirilib ki, aksiya çərçivəsində elmi, bədii, publisistik və digər janrlarda kitablar toplanacaq. Toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.

Birlik bütün gəncləri, təhsil müəssisələrini, qeyri-hökumət təşkilatlarını, özəl sektor və media nümayəndələrini aksiyada fəal iştirak etməyə çağırır.

Qeyd edək ki, kitab hədiyyə etmək istəyən şəxslər Bakı şəhəri üzrə “İrəli” İctimai Birliyinin ofisinə, regionlar üzrə isə Heydər Əliyev Mərkəzlərində yerləşən Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinə yaxınlaşa bilərlər.

Əlaqə nömrəsi: +994 (70) 436 20 37 (Arif Rəhimov, “İrəli” İB-in əməkdaşı)

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…