84 baxış
Bu yazını paylaşın
İctimai

Müdafiə Nazirliyi əhaliyə müraciət etdi

03 Oktyabr 2020

Müdafiə Nazirliyi əhaliyə müraciət edib. “telejurnal”a daxil olan məlumatda bildirilir ki, Azərbaycan Ordusu dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Şəxsi heyətin təchizatı, təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətlər bu gün də davam etdirilir.

Bildiririk ki, son günlər Azərbaycan Ordusunun ön xətt bölmələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı xeyli sayda müraciət daxil olur.

Müdafiə Nazirliyi Ordumuza göstərilən diqqət və qayğıya görə xalqımıza dərin minnətdarlığını bildirir. Hazırda Azərbaycan Ordusunun hərbi hissələri, xüsusilə də ön xətt bölmələri bütün təminat növləri ilə tam təmin olunub və əlavə yardıma ehtiyac yoxdur. Azərbaycan əsgərinin yalnız xalqımızın mənəvi dəstəyinə ehtiyacı var ki, bu da daim göstərilir.

Eyni zamanda bildiririk ki, ayrı-ayrı vətəndaşlarımız, təşkilat və müəssisələr Müdafiə Nazirliyinə müraciət etmədən birbaşa hərbi hissələrə gedir və müxtəlif növ yardımlar aparırlar. Bu da bəzi hallarda pərakəndəliyə, şəxsi heyətə çatdırılan ərzaq məhsullarının xarab olmasına və israfçılığa səbəb olur. Ərzaq məhsullarının qida təhlükəsizliyi nəzarətindən keçmədən şəxsi heyətə verilməsi isə hərbi qulluqçuların sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Bu sahədə fəaliyyətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və yardımın planlı şəkildə hərbi hissələrə çatdırılması məqsədilə Müdafiə Nazirliyində aşağıda əlaqə nömrələri qeyd edilən müvəqqəti qaynar xətt fəaliyyət göstərir:

+994 (012) 406-85-43
+994 (070) 946-51-11
+994 (055) 294-15-30

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…