59 baxış
Bu yazını paylaşın
Siyasi

Müdafiə naziri Xocavənddə komandoların təlimini izləyib

08 İyul 2022

Bakı, 8 iyul, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 8-də Quru Qoşunlarının Xocavənd rayonundakı Əməliyyat (Komando) bölmələrinin təlim-məşqlərini izləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, 2022-ci ilin döyüş hazırlığı planına əsasən çətin relyefli ərazilərdə keçirilən təlimdə komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Müdafiə nazirinə təlimin planına uyğun olaraq qəbul edilən qərar barədə məruzə edilib.

Qeyd olunub ki, ssenariyə əsasən təxribat törədərək dövlət sərhədi istiqamətindəki yaşayış məntəqəsinə basqın edən şərti düşmənin zərərsizləşdirilməsi üzrə komando bölməsi müvafiq tapşırıq alıb.

Komandolar dərhal daimi dislokasiya məntəqələrini tərk edərək şərti düşmənlə təmasa girmədən ərazi relyefi nəzərə alınmaqla hakim yüksəklikləri ələ keçirib və burada möhkəmlənmə fəaliyyətlərini icra ediblər.

Əldə olunan kəşfiyyat məlumatına əsasən aşkarlanmış şərti düşmən mövqeləri pusqu və basqın yolu ilə darmadağın edilib.

Müdafiə naziri komandir heyətinin çevik və optimal qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də komandoların dağlıq və meşəlik ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimi yüksək qiymətləndirib və aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…