137 baxış
Bu yazını paylaşın
Siyasi

Müdafiə naziri Novruz bayramı ərəfəsində hərbi hospitalı ziyarət edib

19 Mart 2022

Martın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
General-polkovnik Z.Həsənov hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşərək onların səhhəti ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdırıb, onlara bayram sovqatları təqdim edib.
Nazir daha sonra hərbi hospitalın əsaslı təmir olunan qərargah binasına baxış keçirib, yaradılan şəraitlə tanış olub.
Məruzə edilib ki, müasir avadanlıqlarla təchiz olunan qərargah binasında xidməti fəaliyyətin təşkili üçün hər cür şərait yaradılıb. Bütün otaqlar zəruri mebel avadanlıqları və inventarla tam təchiz edilib.
Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində aparılan islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi, hərbi tibb sahəsində də əldə olunan uğurlardan danışıb. Tibb işçilərini bayram münasibətilə təbrik edib və xidmətin daha da təkmilləşdirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…