53 baxış
Bu yazını paylaşın
İctimai

MSK daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

26 May 2023

Mərkəzi Seçki Komissiyası (MSK) daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurub.

Telejurnal-ın xəbərinə görə, seçki qanunvericiliyinin tələblərinə əsasən bu ilin yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib, ardıcıl, sistemli və intensiv şəkildə aparılan genişmiqyaslı və əhatəli prosesdən sonra cari il üçün seçici siyahılarının hazırlanması başa çatıb.

Seçki Məcəlləsinin tələblərinə əsasən, hər ilin əvvəlindən etibarən daimi seçici siyahıları müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunduqdan sonra MSK-ya təqdim edilməlidir.

Bununla əlaqədar müvafiq iş aparıldıqdan sonra həmin siyahılar mayın 30-dan gec olmayaraq müvafiq məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunmalı və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək ictimailəşdirilməlidir.

2023-cü ilin daimi seçici siyahıları məhz seçki qanunvericiliyinin yuxarıda sözügedən tələblərinə uyğun şəkildə tərtib edilib dəqiqləşdirildikdən sonra prosesə yekun vurulub.

MSK üzvləri media nümayəndələrinin də iştirakı ilə komissiyanın inzibati binasında vahid seçicilər siyahısının cari il üzrə yenidən tərtib edilmiş variantı və saxlanma şəraiti ilə yaxından tanış olublar.

Seçici siyahılarının tərtib edilərək dəqiqləşdirilməsində dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlar, daha da təkmilləşdirilən proqram təminatları barədə komissiya üzvləri və media təmsilçiləri ətraflı məlumatlandırılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…