58 baxış
Bu yazını paylaşın
Siyasi

Mövlud Çavuşoğlu: Türkiyə Cənubi Qafqazla bağlı bütün məsələlərdə Azərbaycanla məsləhətləşmələr aparır

19 Dekabr 2021

Türkiyə bölgədə atdığı bütün addımlarda, xüsusilə Cənubi Qafqazla bağlı məsələlərdə Azərbaycanla məsləhətləşmələr aparır və birgə qərarlar verir.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən  xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanda keçirilən İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasından sonra mətbuata açıqlamasında ifadə edib.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin təyinatı məsələsinin artıq icra olunduğunu bildirən nazir bu məsələnin əvvəlcə Türkiyə Böyük Millət Məclisində qaldırıldığını xatırladıb.

Mövlud Çavuşoğlu səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da bunu müzakirə etdiklərini bildirib.

Nazir hazırda Türkiyə ilə Ermənistan arasında hava əlaqəsinin açılması ilə bağlı qarşı tərəfin tələblərinə baxıldığını deyib.

https://azertag.az/xeber/Movlud_CHavusoglu_Turkiye_Cenubi_Qafqazla_bagli_butun_meselelerde_Azerbaycanla_meslehetlesmeler_aparir-1955696

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…