31 baxış
Bu yazını paylaşın
Siyasi

Mövlud Çavuşoğlu: “Qalıcı sülh üçün Ermənistanın da səmimi olması lazımdır”

23 May 2023

“Qalıcı sülh üçün Ermənistanın da səmimi olması lazımdır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  ictimaiyyət qarşısında çıxış edərkən bildirib.

O bildirib ki, terrorçulara heykəl ucaldılması qəbuledilməzdir:

“İrəvanda keçmişdə Osmanlı dönəmində azərbaycanlı qardaşlarımızı və bizim əsgərlərimizi, ardınca bizim diplomatlarımızı şəhid edən terrorçu üçün heykəl ucaltması təbii ki, qəbuledilməzdir. Biz də bəzi tədbirlər gördük. Türkiyə üzərindən üçüncü ölkələrə tətbiq edilən uçuşlara hava sərhədimizi bağladıq. Bu gün Ermənistandan bu xətanı düzəltməsini gözləyirik. Biz Ermənistana hər hansı ön şərt qoymadıq. “Qondarma soyqırımı iddialarından əl çəkəcəksiniz, biz də addım atarıq” demədik. Onlar da bizə şərt qoya bilməzlər. Çünki iddiaları əsassızdır. Lakin terrorçuların heykəlini ucaltmaq qəbuledilməzdir. Əgər səhvlərini düzəltməsələr, yenə də başqa tədbirlər görərik”.

Nazir vurğulayıb ki, qalıcı sülh üçün Ermənistanın da səmimi olması lazımdır:

“Təxribatlardan əl çəkmək lazımdır. Qarabağa qaçaq yolla əsgər və ya silah göndərmək kimi fəaliyyətlərdən uzaq durmaq lazımdır. Azərbaycanın təbii sərvətləri olan mədənlərinin talan edilərək başqa yerlərə satılmasına icazə verilməməlidir. Bütün dünya da bilir ki, bütün bu məsələlərdə can Azərbaycanın yanındayıq. Azərbaycan heç vaxt yalnız deyil və olmayacaq da. Zəngəzurla bağlı anlaşmalar olsa da, hələ həyata keçməyib. Bu, Ermənistanın da xeyrinədir. Artıq ortaq dəhliz önəm qazanır. Ermənistan da bundan istifadə etmək istəyirsə tez bir zamanda bu addımları atmalı, öhdəlikləri yerinə yetirməlidir”.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…