21 baxış
Bu yazını paylaşın
Dünya

Mövlud Çavuşoğlu: İsveç və Finlandiya hələ də tələb etdiyimiz terrorçuları Türkiyəyə təhvil verməyiblər.

27 İyul 2022

Terror hamımızın bəlasıdır. Ona görə də bu mübarizədə heç kəs kənara çəkilə bilməz. Təəssüf ki, İsveç və Finlandiya bu məsələdə üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməyiblər. Bu ölkələrdəki terrorçular hələ də Türkiyəyə təhvil verilməyib.

TELEJURNAL. az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 27-də “TV 100” telekanalının canlı yayımında ifadə edib.

Nazir diqqətə çatdırıb ki, İsveç və Finlandiya terrorçularla bağlı götürdükləri öhdəliyi yerinə yetirmək məcburiyyətindədirlər. Çünki onların NATO-ya üzvlüyünə dair müraciətinin Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənməsi lazımdır.

Qeyd edək ki, NATO-ya yeni üzvlüklə bağlı yeddi adımdan ibarət prosedurun 4-cü bəndinə uyğun olaraq, Türkiyə Böyük Millət Məclisi İsveç və Finlandiyanın müraciətlərinə müsbət qərar qəbul etməlidir. Əks halda, bu müraciətlə başlanan proses dondurulmuş hesab olunur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…