23 baxış
Bu yazını paylaşın
Dünya

Mövlud Çavuşoğlu: İsrail ilə diplomatik təmsilçilik səviyyəmizi səfirlər səviyyəsinə çatdırmaq üçün işlərə başlamışıq

24 İyun 2022

Ankara, 23 iyun,TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Qısa müddətdə yüksək səviyyəli qarşılıqlı səfərləri davam etdirəcəyik. Xarici İşlər nazirlikləri arasında ikitərəfli siyasi və regional məsləhətləşmələr vacibdir. Digər tərəfdən, diplomatik təmsilçilik səviyyəmizi səfirlər səviyyəsinə çatdırmaq üçün işlərə başlamışıq.

bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İsrailin xarici işlər naziri Yair Lapid ilə keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasında münasibətlərin normallaşması prosesini şərh edərkən ifadə edib.

Nazir Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, sabitliyin qorunması və təhdidlərə qarşı Türkiyə ilə İsrail arasında bütün səviyyələrdə, eləcə də təhlükəsizlik qüvvələri arasında əməkdaşlıq davam edir.

Qeyd edək ki, İsrail Prezidenti İshaq Hersoq cari il martın 9-da Türkiyəyə ikigünlük səfər edib. Bu, 13 il fasilədən sonra Türkiyə-İsrail münasibətlərinin normallaşması istiqamətində atılan ən mühüm siyasi və diplomatik addım olub. Bütün sahələr üzrə geniş potensiala malik olan Türkiyə və İsrail arasında münasibətlərin inkişafı qarşılıqlı faydalı vədlərlə xarakterizə olunur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…