44 baxış
Bu yazını paylaşın
Siyasi

Mövlud Çavuşoğlu: Bölgəmizdə normallaşmanın hər mərhələsində birlikdə hərəkət edəcəyik

19 Dekabr 2021

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşü barədə tviterdəki səhifəsində paylaşım edib.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, M.Çavuşoğlu tviterdəki paylaşımında bildirib: “İslam Əməkdaşlıq Təşkilatının iclası çərçivəsində İslamabadda Can Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qafqazdakı vəziyyəti müzakirə etdik. Bölgəmizdəki normallaşmanın hər mərhələsində birgə fəaliyyəti davam etdirəcəyik”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistanda səfərdədir. Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

https://azertag.az/xeber/Movlud_CHavusoglu_Bolgemizde_normallasmanin_her_merhelesinde_birlikde_hereket_edeceyik-1955588

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…