19 baxış
Bu yazını paylaşın
Dünya

Moskvada Azərbaycanla Rusiya arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib

30 May 2023

Mayın 30-da Moskva şəhərində Azərbaycanla Rusiya arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

 

Bu barədə “Telejurnal”a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini isə MDB-nin iştirakçı dövlətləri olan həmsərhəd dövlətlərlə Rusiya Federasiyasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Petrakov təmsil edib.

 

Gorüş zamanı Xəzər dənizində beştərəfli əməkdaşlığa aid olan geniş spektrli məsələlər müzakirə olunub.

 

29 iyun 2022-ci il tarixində keçirilən Xəzəryanı dövlətlərin altıncı Zirvə Toplantısında qəbul olunmuş qərarların həyata keçirilməsinin vacibliyi qeyd olunub.

 

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun gündəliyi ilə bağlı məsələlərə dair mövqelərin dəqiqləşdirilməsinin qarşılıqlı anlaşmaya və qrupun növbəti iclasının səmərəliliyinə töhfə verəcəyi vurğulanıb.

 

Məsləhətləşmələr zamanı Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikası və Xəzəryanı dövlətlər arasında razılaşma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri, eləcə də Xəzər regionunda təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…