43 baxış
Bu yazını paylaşın
Siyasi

Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü baş tutub

07 Dekabr 2022

Dekabrın 6-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Aleksey Overçuk və Mger Qriqoryanın həmsədrliyi ilə üçtərəfli işçi qrupunun on birinci iclası keçirilib.

TELEJURNAL xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasında, eləcə də iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına yönəlmiş səylər məsələsində Rusiyanın müsbət rolunu vurğulayıblar.

İclas iştirakçıları Azərbaycan, Ermənistan və Rusiyanı birləşdirən dəmir yolunun tikintisi, dəmir yolu rabitəsinin inkişafı və daşımaların təşkili ilə bağlı məsələləri müzakirə ediblər.

“Tərəflər Ermənistan, Rusiya və Azərbaycan liderləri tərəfindən imzalanmış regionda nəqliyyat və iqtisadi əlaqələrin bloklanmasına dair üçtərəfli bəyanatların icrası üzərində işi davam etdirəcəklər”, – məlumatda deyilib.

Azərbaycan və Ermənistan tərəfləri görüşün təşkilinə və yüksək səviyyədə qəbula görə Rusiya Federasiyasına minnətdarlıqlarını bildiriblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…