52 baxış
Bu yazını paylaşın
Siyasi

Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupun iclası keçirilib

31 Yanvar 2021

Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupun ilk iclası keçirilib.
Telejurnal.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi ilə keçən üçtərəfli İşçi qrupunun iclasında Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələləri müzakirə olunub.
İclasda 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın 9-cu bəndindən, eləcə də 2021-ci il yanvarın 11-də imzalanmış bəyanatın 2-ci, 3-cü və 4-cü bəndlərindən irəli gələn vəzifələrin icrası məsələləri nəzərdən keçirilib.
Tərəflər dəmir yolu, avtomobil və qarışıq daşınmalar, daşımaların təhlükəsizliyinin, eləcə də onlara sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarətin təmin edilməsinə dair ekspert alt qruplarının yaradılması barədə qərar qəbul ediblər. Görüş iştirakçıları 2021-ci il fevralın 2-dək alt qrupları formalaşdırmaq və fevralın 5-dək onların ilk iclasının təşkil edilməsi barədə razılığa gəliblər.
Üçtərəfli İşçi qrupun növbəti iclasının Moskvada keçirilməsi qərara alınıb. İclasın vaxtı həmsədrlərlə razılaşdırılacaq

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…