51 baxış
Bu yazını paylaşın
Siyasi

“Moskva görüşü çox şeyə aydınlıq gətirəcək” – Prezident

09 Oktyabr 2020

“Bu gün Moskvada keçirilən görüş bir çox şeylərə aydınlıq gətirəcək”.

“telejurnal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində deyib:

“Hesab edirəm ki, Moskvadakı bu tarixi görüş bir sıra məsələlərə aydınlıq gətirəcək. Onlar baza prinsiplərini qəbul etməlidirlər. Halbuki Paşinyan demişdi ki, qəbul etməyəcək. Paşinyan deyirdi Azərbaycana bir qarış torpaq da verməyəcəm, nə oldu indi? İndi onun-bunun dabanını yalaya-yalaya, özünü alçalda-alçalda qalmısan, öz xalqını alçaldırsan. Kimdir səndən soruşan verəcəksən torpağı, ya yox?

Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk, başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı heç kimə verməyəcəyik. Nə oldu, Paşinyan, deyirdin ki, “Dağlıq Qarabağ Respublikası” o cümlədən, bütün işğal edilmiş torpaqları əhatə edir? Bəs gəl bunları müdafiə elə. Nə qaçırsan Moskvaya? Nə zəng edib dünya prezidentlərinin zəhləsini tökürsən, başlarını xarab edirsən? Məsləhət verərdim bir şamanlara da zəng eləsin, onlar ona kömək eləsin. Ya da uzaq adada yaşayan qəbiləyə müraciət eləsin.

Ermənistanın Baş Naziri lətifə personajına çevrilib. Öz ölkəsini bu qədər rəzil edən, bəlkə də, dünya miqyasında ikinci adam olmayıb. Çünki gəlib başqasının torpağında oturub və oradan çıxa bilmir.

Ona görə mən Azərbaycan xalqına üzümü tutub deyirəm: Biz torpaqlarımızı alacağıq! ”, – deyə dövlət başçısı bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…