18 baxış
Bu yazını paylaşın
Dünya

Monteneqronun Baş naziri: “Açıq Balkan” təşəbbüsü regionun gələcəyi üçün düzgün formuldur

16 İyun 2022

15 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Monteneqronun Baş naziri Dritan Abazoviç Albaniya, Şimali Makedoniya və Serbiyanın iştirak etdiyi “Açıq Balkan” təşəbbüsünün Balkan regionunun gələcəyi üçün düzgün formul olduğunu bildirib.

Şimali Makedoniyada keçirilən “Açıq Balkan” sammitində iştirak etmiş D.Abazoviç bu təşəbbüsün Avropanın gələcəyi üçün yeni bir Qərbi Balkan imicini yaratdığını deyib.

Baş nazir “Açıq Balkan” təşəbbüsünün şərq və qərb arasında sülh üçün körpü rolunu oynayacağını da qeyd edib.

Monteneqronun Qərbi Balkan regionunda birlik və həmrəyliyə öz töhfəsini verməyə hazır olduğunu vurğulayan Dritan Abazoviç ölkəsi üçün Avropa İttifaqına üzvlük yolunda alternativin olmadığını vurğulayıb.

Qeyd edək ki, 2019-cu il oktyabrın 10-da Albaniya, Şimali Makedoniya və Serbiya tərəfindən irəli sürülən və “Kiçik Şengen” adı verilən “Açıq Balkan” təşəbbüsü üç ölkə arasında insanların, məhsulların və investisiyaların asan mübadiləsini nəzərdə tutur. Eyni zamanda, iştirakçı ölkələr üçün ümumi regional bazar yaratmaq məqsədi daşıyır.

Avropa İttifaqı və ABŞ-ın dəstəklədiyi təşəbbüs çərçivəsində 2023-cü il yanvarın 1-dən etibarən bu üç ölkə arasında sərhəd-keçid məntəqələrinin ləğv edilməsi planlaşdırılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…