24 baxış
Bu yazını paylaşın
Dünya

Monteneqroda ilk magistral avtomobil yolu istifadəyə verilib.

15 İyul 2022

Balkan regionunda magistral avtomobil yolu olmayan yeganə ölkə Monteneqroda ölkənin ilk magistral yolunun ilk 41 kilometrlik hissəsi istifadəyə verilib.

TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, magistral avtomobil yolunun istifadəyə verilməsi mərasimində Monteneqro Prezidenti Milo Cukanoviç və Baş nazir Dritan Abazoviç iştirak ediblər.

Bu magistral avtomobil yolu Monteneqronun sahilyanı Bar şəhərindən Serbiya sərhədinə qədər uzanan ümumilikdə 171 kilometrlik layihənin ilk hissəsini təşkil edir. Magistral yolun tam istifadəyə verilməsi sayəsində Serbiyada çəkilmiş avtomobil yolu ilə birlikdə Monteneqronun Adriatik dənizi sahillərini Belqrad şəhəri ilə birləşdirmək planlaşdırılır.

Qeyd edək ki, tikintisi nəzərdə tutulan körpü və tunellərə görə çox çətin marşrut üzərində inşa edilən avtomobil yolunun inşasına 2015-ci ildə Çinin dövlət şirkəti “CRBC” tərəfindən başlanılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…