27 baxış
Bu yazını paylaşın
Siyasi

Monteneqro parlamentinin sədri Azərbaycana səfəri çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzində görüş keçirib

19 Yanvar 2022

Monteneqro parlamentinin sədri Aleksa Beçiç Azərbaycana rəsmi səfəri çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzində görüş keçirib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, görüşün məqsədi hər iki tərəfin mövcud pandemiya şəraitinə baxmayaraq, qarşılıqlı əlaqələri gücləndirməsi, noyabr ayında Bakıda Azərbaycan Respublikasının Prezidentinin himayəsi ilə keçirilmiş 8-ci Qlobal Bakı Forumu və Mərkəzin Qərbi Balkanlarda reallaşdırdığı layihələrin müzakirəsi olub. Həmçinin, 2022-ci ildə Mərkəzin Monteneqroda təşkil edəcəyi ali səviyyəli toplantı haqqında məlumat verilib.
Səfər zamanı Aleksa Beçiç və digər rəsmilər dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmalarından ibarət sərgi ilə tanış olublar.
Görüşdə Monteneqro parlamentinin üzvü Boris Boqdanoviç, bu ölkənin Azərbaycandakı səfiri Perişa Kastratoviç və fəxri konsul Vüqar Əliyev də iştirak ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…