56 baxış
Bu yazını paylaşın
Uncategorized

Monteneqro millisinin baş məşqçisi Azərbaycanla oyundan danışdı

12 Noyabr 2020
Monteneqro millisinin baş məşqçisi Azərbaycanla oyundan danışdı

Faruk Hacibegiç

“Lüksemburqdan asılı olmağımıza baxmayaraq, qarşıdakı iki oyunda qələbə qazanmaq niyyətindəyik. Bəlkə də əsas rəqibimiz büdrəyəcək. Amma əvvəlcə öz matçlarımıza baxmalıyıq. İki çətin komandanı məğlub etməliyik”.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, bu fikirləri Monteneqro millisinin baş məşqçisi Faruk Hecibegiç Qazaxıstanla yoldaşlıq oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında UEFA Millətlər Liqasında Azərbaycan və Kiprlə oynayacaqları matçlar barədə danışarkən deyib.

63 yaşlı mütəxəssis sözügedən qarşılaşmalar üçün heyəti müəyyənləşdirmədiyini bildirib: “Düşünürəm ki, Azərbaycanla oyunda meydana ən yaxşı komanda çıxacaq. Bir daha deyirəm ki, komandadakı ab-havadan məmnunam. Futbolçuların istəyi və futbola sevgisi hər gün bir az daha artır”.

Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…