141 baxış
Bu yazını paylaşın
Maraqlı

“Mona Liza” tablosu

21 May 2023

Mona Liza italyan rəssamı Leonardo da Vinçinin yarım metrlik portret əsəridir. İtalyan İntibahının arxetipik şah əsəri hesab edilir.

Mona Liza, “dünyanın ən məşhur, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən və ən çox parodiya edilən sənət əsəridir.” Mona Liza həm də dünyada ən bahalı rəsm əsərlərindən biridir. 1962-ci ildə $100 milyon dəyərində sığorta edilən əsər, o zamana kimi məlum olan ən böyük sığorta dəyəri kimi Ginnesin Rekordlar Kitabına düşmüş, 2017-ci ildə isə onun sığorta dəyəri $800 milyona çatmışdır.

Əsərin Azərbaycan dilində “Mona Liza” kimi tanınan adı İntibah dövrü sənət tarixçisi və rəssam Corco Vazarinin “Leonardo, Françesko del Cakondonun sifarişi ilə onun həyat yoldaşı Mona Lizanın portretini çəkməyi öhdəsinə götürdü” məlumatına əsasən yaranmışdır. “Mona” italyanca nəcib müraciət forması olan “ma donna” ifadəsinin qısa forması olmaqla “Ma’am”, “Madam” və ya ingiliscə “My lady” ifadələri ilə yaxındır. Əsərin adında adətən “Mona” ifadəsi işlədilsə də, müasir italyancada əsasən “Monna Lisa” kimi (“mona” bəzi italyan ləhcələrində vulqar səslənir) qeyd edilir.

Rəsm əsəri, Françesko del Cakondonun həyat yoldaşı Liza Gerardininin qaraqovaq paneli üzərində yağlı boya ilə çəkilmiş portretidir. Əsərin 1503–1506-cı illərdə çəkildiyinə inanılır; lakin, ehtimal ki, Da Vinçi 1517-ci ilə kimi portret üzərində işləməyə davam etmişdir. Son elmi tədqiqatlar rəssamın əsər üzərində işə 1513-cü ildən əvvəl başlamadığını göstərir. Fransa kralı I Fransisk tərəfindən alınmış əsər hazırda Fransa Respublikasının mülkiyyətindədir və 1797-ci ildən Parisdəki Luvr muzeyinin daimi ekspozisiyasına daxildir.

 

Subyektin çox vaxt sirrli adlandırılan mimikası, kompozisiyanın monumentallığı, formaların incə modelləndirilməsi və atmosferik illüzionizm əsərin geniş tədqiqinə və məşhurlaşmasına səbəb olan əsas xüsusiyyətləridir.

Ancaq bu tablo həmişə dünyaya sirli olaraq qalmışdır. Tablonun sirrini açmaq üçün isə üzərində çox araşdırmalar aparılmışdır. Nəhayət 2022-ci ildə tablonun sirrinin tapıldığı açıqlandı.

Leonardo Da Vinçinin məşhur “Mona Liza” tablosunun altından başqasının gizli portretinin tapıldığı iddia edilib. Fransız alim Pascal Cotte, rəsm üzərində sınadığı əks etdirici işıq texnologiyası ilə tablonun altında daha əvvəl çəkilmiş portret tapdığını açıqladı. Cotte tablonu təhlil etmək üçün 10 ildən çox işıq texnologiyası ilə çalışıb. Fransız alimin sözlərinə görə, masanın aşağı hissəsindəki şəkildə yana çevrilmiş adamın üzü var. Mona Lizanın sərgiləndiyi Luvr Muzeyi iddialara münasibət bildirməkdən imtina edir. Parisdəki Lumiere Technology şirkətinin həmtəsisçisi Cotte 2004-cü ildə Luvrdan rəsmin tədqiqi üçün icazə alıb. Mona Lizanı öyrənmək üçün Layer Böyütmə Metodunu adlandırdığı metoddan istifadə edərək Cotte rəsm üzərinə bir sıra sıx işıqlar proyeksiya edir. Kamera əks olunan işığın ölçülərini alır və bu ölçmələrdən Cotte rəsmin təbəqələri arasında nə olduğunu deşifrə edə bilir. Mona Liza yarım əsr ərzində müxtəlif elmi araşdırmalardan keçib. Bununla belə, Cotte öz texnikası ilə rəsmə daha dərindən baxmaq mümkün olduğunu müdafiə edir. “Biz boya təbəqələri arasında nə olduğunu təhlil edə bilərik. Rəsmin bütün təbəqələrini soğan kimi soya bilərik ki, rəsmin yaranma xronologiyasını yenidən qura bilək”, – Cotte bildirib.

Aytac Haciyeva

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…