27 baxış
Bu yazını paylaşın
Siyasi

Moldova mətbuatı Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəyə geniş yer ayırıb

14 Yanvar 2022

Moldova aparıcı kütləvi informasiya vasitələrində Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibə geniş işıqlandırılıb.

“TELEJURNAL” AZƏRTAC -a istinadən xəbər verir ki, geniş oxucu və izləyici auditoriyasına malik “NOİ.md”, “Tribuna.md” və “Dosarmedia.md” informasiya agentliklərində və “Publika.TV” kanalında Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı söylədiyi fikirlər rus və rumın dillərində geniş işıqlandırılıb. Bu xüsusda Azərbaycanda xarici investorların hesabına təməli qoyulacaq külək elektrik stansiyası, bunun xarici investorlar tərəfindən ölkəmizin inkişafına və gələcəyinə inamın təzahürü olduğu barədə ölkə başçısının fikirləri yayılıb.

Həmçinin, Prezident İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekresin Azərbaycan ərazilərinə təxribat xarakterli səfəri barədə, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə ermənilərin sayı barədə, o cümlədən regionda və dünyada baş verən mühüm hadisələrlə bağlı söylədiyi fikirlər Moldova mətbuatında yer alıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…