57 baxış
Bu yazını paylaşın
Siyasi

Moldova-Azərbaycan münasibətləri

04 May 2023

Azərbaycanla Moldova arasında diplomatik əlaqələr 1992-ci il mayın 18-də qurulub. 1996-cı ilə qədər iki ölkə arasında münasibətlər zəif templə inkişaf edib. 2004-cü ildə Moldova Ukraynadakı səfirini Azərbaycana da təyin edib. 2005-ci ilin martında isə Azərbaycan Respublikasının Moldovada səfirliyi açılıb.

TELEJURNAL-ın mövzu ilə bağlı araşdırma yazısını sizə təqdim edirik.

Hazırda iki ölkə arasında əlaqələrin inkişaf dinamikasını yüksək hesab etmək olar. Bu əlaqələrin inkişaf etməsində iki ölkə pezidentinin qarşılıqlı səfərləri, eləcə də ölkə başçılarının müxtəlif beynəlxalq təşkilatlarda görüşləri mühüm rol oynayıb.  5 oktyabr 2005-ci ildə Azərbaycanın Moldovada Səfirliyi açılmışdır. Azərbaycanın Moldovada hal-hazır ki Səfiri Qudsi Osmanov. 1 noyabr 2005-ci ildə Moldovanın Azərbaycanda Səfirliyi açılmışdır;

Cənab Aleksandr Esaulenko – Moldova Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli Səfiridir (səfir Aleksandr Esaulenko 2022-ci ilin 24 noyabr tarixində etinamədnaməsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir) .

Moldova Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı bir sıra rəsmi görüşlərə ev sahibliyi etmişdir. Azərbaycan prezidentlərindən Heydər Əliyev Ermənistan Prezidenti Robert Köçəryanla 6 oktyabr 2002-ci ildə, İlham Əliyev isə Serj Sarkisyanla 8–9 oktyabr 2009-cu ildə Kişinyovda görüşmüşlər.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Eldar İbrahimov olmuşdur. 4 mart 2016-cı il tarixindən Sabir Hacıyev işçi qrupunun rəhbəridir.

Hətta Maldovanın eks sabiq baş naziri Nataliya Qavrilitsa Azərbaycana 2022-ci ildə səfər etmişdir.

Moldovanın Baş naziri Nataliya Qavrilitsa Azərbaycana rəsmi səfər də edib.

Səfər çərçivəsində Baş nazir  Azərbaycan Respublikasının rəsmiləri ilə məzmunlu danışıqlar aparmağı planlaşdırırıq. Ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclası, nazirlik və idarələrdə, maraqlı biznes strukturlarının platformalarında görüşlər keçiriləcək.

Sevindirici haldır ki, Moldova və Azərbaycan arasında  ikitərəfli siyasi dialoq  çox zəngindir. Baş naziri Nataliya Qavrilitsa  rəsmi səfəri ilə  yanaşı,  Moldova Respublikası Parlamentinin sədri İqor Qrossu, Baş nazirin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku və Baş nazirin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu da Azərbaycana səfər ediblər.

İki ölkə arasında iqtisadi və mədəni əlaqələr hazırda inkişaf etməkdədir.

 

Aytac Haciyeva

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…