34 baxış
Bu yazını paylaşın
Siyasi

MM-in komitə sədri: “İcbari tibbi sığorta zərfinin genişləndirilməsinə ehtiyac var”

15 Mart 2022

“Təəssüflər olsun ki, icbari tibbi sığortanın həyata keçirilməsi pandemiya dövrünə təsadüf edib. İcbari tibbi sığortanın həyata keçirilməsi nəticəsində əhali 2500-dən çox xidmət ala bilir”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, icbati tibbi sığortanın həyata keçirilməsi ilə Azərbaycanda ailə həkimi institutu formalaşmağa başlayıb:

“Bununla bağlı məmnunluq da yaranmağa başlayıb. Bütün bu uğurlara baxmayaraq icbari tibbi sığorta ilə bağlı da bir çox narahatlıq da mövcuddur. Yüksək texnologiyalı əməliyyatların keçirilməsi üçün klinikalarda növbələr var. Hesab edirəm ki, icbari tibbi sığorta zərfinin genişləndirilməsinə ehtiyac var”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…