25 baxış
Bu yazını paylaşın
İctimai

Mixail Qusman: “Beynəlxalq Media Forumunda açıq, geniş, prinsipial diskussiya gedəcəyini düşünürəm”

22 İyul 2022

“Şuşa şəhərində keçirilən Beynəlxalq Media Forumunda Azərbaycanın aparıcı media nümayəndələri iştirak edir. Burada Azərbaycanda medianın inkişafı, müasir medianın Azərbaycandakı rolu və Azərbaycan mətbuatının dünya media məkanındakı yeri müzakirəyə çıxarılır. Bu baxımdan, tədbirin əvvəlində Prezident İlham Əliyevin medianın ictimaiyyətdə, ölkədə rolu və yeri barədə səsləndirilən fikirlərini alqışlayıram”.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən Beynəlxalq Media Forumunda iştirak edən TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.

“Prezidentin səsləndirilən fikirlərindən ilhamlanaraq böyük ölkənin layiqli jurnalisti necə olmalı deyə açıq, geniş, prinsipial diskussiya gedəcəyini düşünürəm”, – M.Qusman qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…