26 baxış
Bu yazını paylaşın
İdman

Misli Premyer Liqasında 35-ci tura yekun vuruldu

22 May 2023

Bu gün Misli Premyer Liqasında 35-ci tura yekun vurulub.

Telejurnal Qol.az-a istinadən xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçirilib.

“Turan Tovuz” “Səbail”i qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatb. “Şamaxı” – “Qəbələ” və “Sabah” – “Zirə” oyunlarında qapılara qol vurulmayıb. Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” isə öz meydanında “Sumqayıt”a uduzub – 1:2.

Bu nəticələrdən sonra avrokuboklara vəsiqə qazanan 4-cü və Premyer Liqanı tərk edəcək 1 komanda müəyyənləşməyib. Lakin “Sumqayıt”ın elitanı tərk etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, avrokuboklara 4-cü vəsiqə uğrunda mübarizə “Qəbələ” və “Zirə” arasında gedir. Premyer Liqanı isə “Şamaxı” ilə “Səbail” tərk edə bilər. Bütün bunlara sonuncu – 36-cı turda aydınlıq gələcək.

Misli Premyer Liqası, 35-ci tur

22 may (bazar ertəsi)

16:30. “Turan Tovuz” – “Səbail” – 2:2 

Qollar: Şəhriyar Əliyev, 2 (1:0), Ayxan Quseynov, 49 (2:0), Franko Mazurek, 73 (2:1), QOba Zakpa, 90+3 (2:2)

Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı

Tovuz şəhər stadionu

16:30. “Şamaxı” – “Qəbələ” – 0:0 

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Kamal Umudlu

Şamaxı şəhər stadionu

16:30. “Sabah” – “Zirə” – 0:0 

Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev

“Bank Respublika Arena”

16:30. “Qarabağ” – “Sumqayıt” – 1:2 

Qollar: Vüsal İsgəndərli, 33-pen. (0:1), Səbuhi Abdullazadə, 39 (0:2), Riçard Almeyda, 88 (1:2)

Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Teymur Teymurov, Əli Əliyev

“Azersun Arena”

21 may (bazar)

“Kəpəz” – “Neftçi” – 1:3

Bombardirlər:
Ramil Şeydayev (“Qarabağ”) – 22 qol
Musa Qurbanlı (“Qarabağ”) – 20 qol
Coy Lens Mikels (“Sabah”) – 17 qol
Emin Mahmudov (“Neftçi”) – 16 qol
Aleksey Kaşuk (“Sabah”) – 16 qol

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…