352 baxış
Bu yazını paylaşın
Siyasi

Misirli professor: 2022-ci ilin “Şuşa İli” elan edilməsi İslam dünyası üçün də əlamətdardır

24 Yanvar 2022

Ötən il iyunun 22-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanundan sonra dövlətimizin başçısının Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi, ilk növbədə, qədim mədəni irsin bərpası və qorunmasına olan diqqətin təzahürləridir. Bu addımlar, bütün İslam dünyası üçün də əlamətdardır. Ermənistanın işğalından azad olunmuş bu qədim şəhər Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də İslam irsi ilə zəngin olan açıq muzeydir.
“TELEJURNAL” xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində misirli professor, 2006-cı ilədək Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi vəzifəsində çalışmış Bağdadi İmam söyləyib. O vurğulayıb: “Bakıda olduğum zaman Şuşanın tarixi ilə yaxından maraqlanırdım. Öyrəndim ki, 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən təməli qoyulmuş Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olub və bir müddət Pənahəli xanın şərəfinə Pənahabad, sonradan isə Şuşa qalası və Şuşa adlandırılıb. Buradakı Seyidli, Çuxur, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllələrindən Azərbaycan xalqının dünyaya bəxş etdiyi ictimai və dövlət xadimləri, eləcə də ədəbi simalar çox olub. Şuşa yalnız əsrarəngiz təbiəti ilə deyil, məşhurların yetişdiyi məhəllələri ilə də tanınıb. İslam abidələri və tarixi binaları ilə mədəniyyət paytaxtına çevrilən bu qədim şəhər “Kiçik Paris”, Qafqazın incəsənət məbədi və Azərbaycanın musiqi mərkəzi də adlanıb”.
B.İmam qeyd edib ki, Ermənistan tərəfindən 1992-ci il mayın 8-də işğal olunan Şuşada qədim abidələrin dağıdılması bütün müsəlman mədəniyyətinə qarşı törədilən bir barbarlıq aktlarıdır. O deyib: “İşğalçıların talan etdiyi və dağıtdığı abidələr sırasında Pənahəli xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin məqbərəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Gövhər Ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Realnı məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və sair tarixi mədəniyyət nümunələri var. Ümumilikdə 600-ə yaxın tarixi abidəni dağıdan və talan edən ermənilər burada Azərbaycan və müsəlman irsinin izlərini silməyə çalışıblar. Şuşa Tarix Muzeyinin, Azərbaycan Xalça Muzeyinin Şuşadakı filialının, Qafqazda yeganə şərq musiqi alətləri zavodunun məhvi, muzeylərdəki eksponatların talan edilməsi kimi əməlləri yalnız İslam və bəşər mədəni irsinə nifrət edən bir barbar dəstəsi törədə bilərdi. Lakin onlar öz məqsədlərinə nail ola bilmədilər. Azadlığına qovuşan Şuşa sürətlə bərpa edilir, yenidən Azərbaycanın və bütün Qafqazın mədəniyyət mərkəzinə çevrilir”.
Misirli professor sonda xüsusi olaraq qeyd edib ki, cari ilin “Şuşa İli” elan olunması bu qədim şəhəri azad edərkən qəhrəmanlıq dastanı yazmış Azərbaycan əsgərlərinin möhtəşəm Qələbəsinin mənəvi davamı, şəhidlərin ruhuna dərin ehtiram olacaq quruculuq işlərinin sürətlənməsi baxımından da əlamətdar hadisədir.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…