239 baxış
Bu yazını paylaşın
Siyasi

Misirin tanınmış ziyalıları: Prezident İlham Əliyev İslam dünyasının fəxridir

23 Dekabr 2021

‘TELEJURNAL’ xəbər verir ki, Misirin tanınmış ziyalıları, Azərbaycanın dostları AZƏRTAC-a müsahibələrində Prezident İlham Əliyevin 60 illik yubileyi ilə bağlı təbriklərini çatdırıblar.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, Həlvan Universitetinin professoru Adil Dərviş deyib: “Azərbaycan Prezidenti İlham Əliyev İslam dünyasının fəxridir. Onun mənalı ömür yolu, zəngin siyasi fəaliyyəti, xalqının maraqları naminə böyük fədakarlığı Misir ictimaiyyətində böyük rəğbətlə qarşılanır. Prezident İlham Əliyev İslam abidələrini və dini məbədləri düşmən tapdağından, dağılmaqdan və təhqir olunmaqdan qurtarmaqla öz adını tarixə xilaskar sərkərdə və dövlət xadimi kimi yazdırıb. O, eyni zamanda, Azərbaycanda və bütün regionda tərəqqinin flaqmanı, sülhün təminatçısı, mədəniyyətlər və dinlərarası dialoqun təşəbbüskarıdır. XXI əsrin yeni lideri keyfiyyətlərinə malik olan dövlət başçısı 44 günlük müharibədə şanlı Qələbəyə imza atdıqdan sonra Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində mühüm səylər göstərir. Vaxtilə Bakıda təhsil almış bir insan kimi deyə bilərəm ki, Azərbaycan bu gün də İlham Əliyevin rəhbərliyi sayəsində müxtəlif xalqların, etnik qrupların mehriban şəraitdə yaşamaq, qurub yaratmaq əzmi ilə birgə çalışmaq əzmini davam etdirir.

Misir ziyalıları adından Azərbaycan Prezidentini yubileyi münasibətilə təbrik edir, öz xalqının və regionun tərəqqisi naminə gələcək fəaliyyətində yeni qələbələr arzulayıram. Əminəm ki, dost Azərbaycan xalqı onun müdrik rəhbərliyi ilə daha parlaq gələcəyə nail olacaq.

Misirin Ali Təhsil Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinin baş direktoru, 2006-2009-cu illərdə Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri vəzifəsində çalışmış Bağdadi İmam Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə dövlətimizin başçısını və xalqımızı təbrik edərək qeyd edib: “Azərbaycan xalqının öz Prezidentinə göstərdiyi ən yüksək etimad 44 günlük müharibədə torpaqların işğaldan azad olunmasını və ərazi bütövlüyünün bərpasını təmin edib. Hakimiyyətə gəldiyi gündən etibarən öz ölkəsinin iqtisadi gücünün artırılması, ordu quruculuğu, beynəlxalq aləmdə dəstəyə nail olunması istiqamətində ardıcıl siyasət yürüdən Prezident İlham Əliyev məhz lazım olan məqamda taleyüklü qərar qəbul etdi və qısa müddətdə işğalçı Ermənistanın ordusunu Azərbaycanın əzəli torpaqlarından qovmağa nail oldu.

Qeyd edim ki, müsəlman aləminin qürur duyduğu lider İlham Əliyevin İslam ölkələri ilə daha sıx inteqrasiya siyasəti öz bəhrələrini verir. Biz İslam aləminin elm və mədəniyyət sahələrində Azərbaycanın mövqeyinin ildən-ilə möhkəmlənməsini müşahidə edirik. Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini kimi, dost ölkədə işğaldan azad olunmuş ərazilərdə İslam mədəniyyət və tarixi abidələrinin bərpası, həmçinin quruculuq işlərini yaxından izləyirəm. Prezident İlham Əliyevin həmin ərazilərə mütəmadi səfərləri zamanı təməlini qoyduğu və ya açılışını etdiyi hər bir obyekt xoşbəxt gələcəyə doğru atılan bir addımdır. Arzu edirəm ki, İslam aləmində böyük mədəni irsə malik olan Azərbaycan xalqı öz sevimli Liderinin müdrik siyasəti sayəsində yeni zirvələr fəth etsin”.

https://azertag.az/xeber/Misirin_taninmis_ziyalilari_Prezident_Ilham_Aliyev_Islam_dunyasinin_fexridir-1959500

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…