19 baxış
Bu yazını paylaşın
Siyasi

Misirin “Əxbar Əl Yom” qəzetində Prezident İlham Əliyevin Gənclər Forumunda çıxışı barədə məqalə dərc edilib

04 Fevral 2022

Misirin “Əxbat Əl Yom” qəzetində Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Forumunun 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxışı barədə məqalə dərc edilib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanın dövlət başçısının gənclərə sorosçuların destruktiv fəaliyyəti ilə bağlı fikirləri təqdim edilib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmağın daha asan olduğunu qeyd edərək, sorosçuların yaratdığı fondların xətti ilə ianələr verildiyini, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiyanın həyata keçirildiyini deyib. Dövlət başçısı əlavə edib ki, bu fəaliyyətlərin əsas məqsədi gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırmaq və sonra onlardan zombi kimi istifadə etməkdir.
Məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev bu məsələnin aktuallığını heç vaxt itirməyəcəyini diqqətə çatdırıb və dünyada bəzi güc mərkəzlərinin güclənməsi, bəzilərinin isə zəifləməsi fonunda onların arasında niyyət nöqteyi-nəzərindən böyük fərq görmədiyini diqqətə çatdırıb. Dövlət başçısı gənclərə müraciət edərək deyib: “Ona görə milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…