25 baxış
Bu yazını paylaşın
Dünya

Misirdə yanacağın qiyməti qalxıb.

14 İyul 2022

Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi iyulun 13-dən etibarən yanacağın qiymətinin qalxdığını elan edib. Bu ölkənin Yanacaq Qiymətlərinin Tənzimlənməsi Komitəsi (FAPC) hökumətin bu addımını qlobal qiymət artımı ilə izah edib.

 TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, Misirdə müxtəlif markalı benzin və dizel yanacağının qiymətləri orta hesabla 10 faiz artıb. Belə ki, əvvəllər hər litri 8,75 Misir funtu olan Aİ-92 markalı benzinin qiyməti 9,50 funt olub. Həmçinin dizel yanacağının hər litrinin qiyməti 6,75 Misir funtundan 7,25 funta qaldırılıb. Bununla belə, hökumət ərzaq və elektrik enerjisi istehsalında istifadə olunan yanacağın qiymətini sabit saxlayıb.

Misir hökuməti bəyan edib ki, hazırda bu ölkə benzinin qiymətlərinə görə, dünyanın 13-cü, dizel yanacağının tariflərinə görə 7-ci ən ucuz ölkəsidir. Burada yanacağın qiymətlərinin sabit qalması məqsədilə hər il dövlət büdcəsindən 30 milyard Misir funtu məbləğində subsidiya ayrılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…