21 baxış
Bu yazını paylaşın
Dünya

Misirdə ilk atom reaktorunun tikintisinə start verilib.

21 İyul 2022

Misirin Əl Dabaa Atom Elektrik Stansiyasının ilk reaktorunun tikintisinə start verilib.

TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, bu ölkənin şimal-qərbində yerləşən Marsa Matruh vilayətində bu münasibətlə keçirilən mərasimdə Misirin elektrik və bərpa olunan enerji naziri Məhəmməd Şakir və Rusiyanın Atom Enerjisi Korporasiyasının (ROSATOM) baş direktoru Aleksey Lixaçev iştirak ediblər.

Misirli nazir jurnalistlərə müsahibəsində bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi bu reaktorun təhlükəsizlik standartlarına uyğun olduğunu təsdiq edib, zəlzələ və texnogen qəzalara qarşı etibarlı olacaq bu obyektin fəaliyyət müddəti 60 ildir. O əlavə edib ki, bu, Misir və Rusiyanın Asuan Su Bəndindən sonra həyata keçirdikləri ikinci ən böyük layihədir.

İsgəndəriyyə şəhərindən 140 kilometr aralıda yerləşən Əl Dabaa AES Misirin şimal-qərb bölgəsini elektrik enerjisi ilə təchiz edəcək və 60 illik fəaliyyəti dövründə 264 milyard dollar gəlir gətirəcək. Bu mühüm obyektin tikintisinə isə xərclənəcək 28,5 milyard dollar vəsaitin 25 milyard dollarını Rusiya hökuməti kredit şəklində ayırır və onun ödənilməsi müddəti 22 ildir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…