189 baxış
Bu yazını paylaşın
Siyasi

Misir portalı Prezident İlham Əliyevin Suqovuşana səfərindən yazıb

21 Mart 2022

Misirin “Əl Diplomasi” portalında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Novruz bayramını Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində qeyd etmələri barədə xəbər yayımlanıb.
“TELEJURNAL” xəbər verir ki, AZƏRTAC-a istinadla yayımlanan xəbərdə qeyd edilib ki,  Azərbaycanın dövlət başçısı və birinci xanım bu qəsəbədə bayram tonqalını alovlandırıblar. Suqovuşandan xalqı bayram münasibətilə təbrik edən Prezident İlham Əliyev tarixi Zəfərdən sonra Novruz bayramını ikinci dəfədir ki, doğma Qarabağ torpağında qeyd etdiyini söyləyib. Dövlət başçısı əlavə edib ki, o, keçən il Novruz bayramını Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qarşılayıb və oradan Azərbaycan xalqına müraciət edib. “Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”, – deyə Prezident İlham Əliyev bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…