22 baxış
Bu yazını paylaşın
Dünya

Misir, Avropa İttifaqı və İsrail arasında qaz tədarükünə dair sənəd imzalanıb

16 İyun 2022

16 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,Qahirədə keçirilən Şərqi Aralıq Dənizi Qaz Forumu çərçivəsində Misir, İsrail və Avropa İttifaqı (Aİ) arasında Avropaya qaz tədarükünə dair anlaşma memorandumu imzalanıb. Sənədi Misirin neft və mineral ehtiyatlar naziri Tarik Molla, Aİ-nin enerji komissarı Kadri Simson və İsrailin enerji naziri Karine Elharrar imzalayıblar.

sənədin imzalanması mərasimindən sonra jurnalistlərə müsahibə verən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Misir və İsrailin Aİ-nin enerji təhlükəsizliyində mühüm rol oynayacağını deyib. O əlavə edib ki, iki ildən sonra imzalanmış sənədin müddəti avtomatik olaraq daha üç il uzadılacaq.

Misir və İsrail nazirlərinin mətbuat konfransında qeyd olunub ki, bu ölkələri Ukraynada müharibə ilə əlaqədar ağır enerji böhranı yaşayan Avropa ölkələrinə təbii qaz tədarükünü artıracaqlar. Eyni zamanda, Misir İdku və Damietta zavodları vasitəsilə Aİ-yə 12 milyon ton sıxılmış maye qaz (LNG) ixrac edəcək. İsrail isə özünün Leviatan və Tamar yataqlarında hasil olunan qazı Misir şirkəti ilə birgə Avropaya nəql edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…