31 baxış
Bu yazını paylaşın
İdman

Minifutbol yığmasının baş məşqçisi: “Ümid edirəm ki, bu qrupdan çıxarıq”

20 İyun 2023

“Ümid edirəm ki, bu qrupdan çıxarıq”.

Bunu açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev dünya çempionatının püşkatmasını dəyərləndirərkən deyib.

Mütəxəssis bildirib ki, yer aldıqları F qrupunun favoritlərindən biri Misir yığmasıdır: “Rəqiblərimiz normal komandalardır. Misir son Afrika çempionudur. Texniki oyuna üstünlük verir. Çox yaxşı oyunçulara malikdir. Heyətində yığmanın sabiq üzvüləri var. Tunis isə son dünya çempionatına ev sahibliyi edib, zəif komanda deyil. Demək olar ki, Misirlə eyni üslubda çıxış edir. İraqı isə tanımırıq. Amma mundiala vəsiqə qazanıbsa, deməli, yaxşı kollektivdir. Mənə elə gəlir ki, hamısı bizə uyğun rəqiblərdir”.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 26-dan noyabrın 4-dək Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…