26 baxış
Bu yazını paylaşın
İctimai

Mingəçevirdə “ƏrToğrul” sənədli filminin nümayişi keçirilib

13 Sentyabr 2022

Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi ilə əlaqədar “Azərbaycanın Olimpiya Odisseyası” sənədli filmləri silsiləsi növbəti dəfə bölgələrdə nümayiş olunub.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, MOK-un mətbuat xidmətindən verilən məlumata görə, növbəti nümayiş Mingəçevir şəhərində baş tutub.

Rayon İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov, rayon ictimayyətinin nümayəndələri, fəal gənc və yeniyetmələrin qatıldığı görüşdə belə tədbirlərin sağlam həyat tərzininin təbliğini aşılamaq baxımından əhəmiyyətli olduğu xüsusi vurğulanıb.

Bildirilib ki, “Azərbaycanın Olimpiya Odisseyası” layihəsində çəkilən sənədli filmlərin nümayişi Lənkaran, Bərdə və paytaxt Bakıda da baş tutacaq. MOK-un 30 illik yubileyinə həsr olunan xüsusi hədiyyə İsmayilova təqdim olunub.

Ardından Toğrul Əsgərova həsr olunan “ƏrToğrul” filmi izlənilib. 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi görüş iştirakçılarınn çoxsaylı suallarını cavablandırıb. Sonda idman könüllülərinə MOK-un sertifikatları təqdim olunub.

Qeyd edək ki, 5 – 28 sentyabrda Milli Olimpiya Komitəsinin 30 illik yubileyi ilə əlaqədar “Azərbaycanın Olimpiya Odisseyası” adlı layihə yenidən start götürüb. Layihə MOK, Milli Olimpiya Akademiyası və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…