77 baxış
Bu yazını paylaşın
İctimai

Mineral suyun ciddi təhlükəsi müəyyən edildi

01 Oktyabr 2020

Mineral suyun ciddi təhlükəsi müəyyən edildi

 

Mineral suyun ciddi təhlükəsi müəyyən edildi.

“RİA Novosti” yazır ki, dietoloq Yelena Solomatina tibbi göstəricilər olmadan müalicə məqsədilə mineral suyun istifadəsinə qarşı xəbərdarlıq edib.

Bu barədə o, “Veçernyaya Moskva” qəzetinə məlumat verib.

Həkim sağlam insanın birdəfəlik mineral sudan istifadəsi zamanı təhlükənin olmadığını söyləyib.

“Digər məsələ, mütəmadi olaraq mineral suyun qəbuludur. O zaman müəyyən konsentrasiyalı duzların doyma prosesi gedir. Məsələn, mineral suların tərkibində olan duzlar bəziləri üçün xeyirli ola bilər, lakin digər insanların sağlamlığına keçirdiyi xəstəliklə əlaqədar olaraq zərər verə bilər”, – deyə mütəxəssis izah edib.

O, sağlam insanın gündəlik müalicəvi mineral sudan istifadə etməməsini, xəstə olanlara isə bunun zəruri olmadığını, mədə-bağırsaq traktında problem olanların bu sudan həkim göstərişinə əsasən istifadə etməli olduğunu vurğulayıb.

“Mən göndərişlə müalicəvi istirahət mərkəzinə gələnlərin dostlarla zaman keçirmək naminə mineral suları qəbul etdiklərinin şahidi olmuşam”, – Y.Solomatina bunu tövsiyə etməyib.

Mütəxəssis minerallaşma səviyyəsinə görə həmin suların tərkibinin fərqləndiyini əlavə edib.

“İçməli suyu məhdudiyyətsiz qəbul edə bilərsiniz, müalicə məqsədilə minerallaşmış içməli suya çox aludə olmayın, sırf müalicə məqsədli mineral sular isə adından da göründüyü kimi müalicə üçündür”, – deyə dietoloq aydınlıq gətirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…