30 baxış
Bu yazını paylaşın
Uncategorized

Millimizin futbolçusu Çempionlar Liqasında gözəl qol vurdu

04 Noyabr 2020
Millimizin futbolçusu Çempionlar Liqasında gözəl qol vurdu

Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Vüsalə Seyfəddinova UEFA Çempionlar Liqasında gözəl qola imza atıb.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, Türkiyənin “Qaziantep ALG Spor” klubunda çıxış edən yarımmüdafiəçi ilkin təsnifat mərhələsində Albaniyanın “Vlazniya” komandasına qarşı oyunda fərqlənib.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb, əlavə vaxtda isə tərəflər hərəyə bir dəfə fərqləniblər. Seyfəddinova komandasının ilk qolunun müəllifi olub. Qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən Albaniya təmsilçisi növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Vüsalə Seyfəddinova Türkiyə klubuna bu ilin oktyabrında Rusiya “Ryazan”ından keçib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…