76 baxış
Bu yazını paylaşın
İdman

Millimiz sabahdan Estoniya ilə oyunun hazırlığına başlayır

05 İyun 2023

İyunun 17-də Bakıda Avro-2024-ün seçmə mərhələsində Estoniya ilə qarşılaşacaq milli komandamızın hazırlıq planı məlum olub. 

Telejurnal Qol.az-a istinadən xəbər verir ki, millimiz sabahdan etibarən qarşıdakı matçın hazırlığına başlayacaq.

Yığma üzvləri bu həftə Canni de Byazinin rəhbərliyi altında gündəlik məşqlərlə kifayətlənəcək. Gələn həftədən etibarən isə komanda təlim-məşq toplanışına yığışacaq.

Xatırladaq ki, “Dalğa Arena”da oynanılacaq Azərbaycan – Estoniya matçı iyunun 17-də keçiriləcək.

Qeyd edək ki, son açıqlanan heyətə bu futbolçular dəvət olunub:

Qapıçılar: Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Emil Balayev (“Səbail”), Yusif İmanov (“Sabah”)

Müdafiəçilər: Amin Seydiyev (“Sabah”), Bədavi Hüseynov, Toral Bayramov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə (“Qarabağ), Cəlal Hüseynov (“Şamaxı”), Azər Salahlı, Höccət Haqverdi (“Neftçi”), Anton Krivotsyuk, (“Deajon Hana”, Cənubi Koreya)

Yarımmüdafiəçilər: Qismət Alıyev (“Zirə”), Filip Ozobiç (Azad agent), Elvin Camalov, Aleksey İsayev (“Sabah”), Emil Səfərov (“Qəbələ”), Emin Mahmudov (“Neftçi”), Coşqun Diniyev (Azad agent)

Hücumçular: Ramil Şeydayev (Azad agent), Namik Ələskərov (“Sabah”), Musa Qurbanlı (“Qarabağ”), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə), Rüstəm Əhmədzadə (“Zirə”), Mahir Emreli (“Konyaspor”, Türkiyə)

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…