29 baxış
Bu yazını paylaşın
İctimai

Milli Yaylaq Festivalına gedənlər xüsusi nəqliyyat vasitəsi ilə təmin ediləcək.

28 İyul 2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) Milli Yaylaq Festivalına gedənləri xüsusi nəqliyyat vasitəsi ilə təmin edəcək.

Bu barədə  TELEJURNAL. az Report-a istinadən xəbər verir ki, Festivalın təşkilatçıları məlumat verib.

Məlumatda deyilir ki, iyulun 29-31-də, saat 08:00-dan Gəncə şəhərindəki Mərkəzi Univermağın və Göygöl rayonundakı avtovağzalının qarşısından festivalın keçiriləcəyi “Xan Yaylağı” Etno-qəsəbəsinə doğru və geriya ictimai nəqliyyat hərəkət edəcək. Gediş haqqı 1 nəfər üçün 1,5 manat olacaq.

Təşkilatçılar Milli Yaylaq Festivalına fərdi qaydada öz avtomobilləri ilə gələnlərə də xəbərdarlıq edib. Belə ki, festival ərazisində avtomobil sıxlığının qarşısını almaq məqsədilə “Xan Yaylağı”na çatmamış böyük önləyici dayanacaq təşkil olunacaq. Buradan təqribən 700 metr məsafəni piyada getməklə əraziyə çatmaq mümkündür. Eyni zamanda həmin dayanacaqdan da kiçik avtobuslarla “Xan Yaylağı”na reyslər təşkil olunacaq. Gediş haqqı 1 nəfər üçün 0,5 manat olacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…